Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/33

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Dostun həsrətindən olmuşam Sənan,
Misirdə satılır Yusifi-Kənan,
Dilimdə əzbərdi, könlümdə pünhan,
Eyləyib dərdimi yüz, qələm, indi.

Hər nə söz deyilsə götürən sənsən,
Könlüm mətləbini bitirən sənsən,
Yaxşını yamana yetirən sənsən,
Yaraşır şəninə söz, qələm, indi.

Sən lövhi-məhvuzdan olubsan aşkar,
Sənə nəzir qılıb qəni-kirdigar.
İsmim Abdulladı, özüm sənətkar,
Sizə ümidvarıq biz, qələm, indi.

ÇƏKMİŞƏM

Əyyami-qəzada, dəhri-dünyada,
Bilirsənmi, nə bəlalar çəkmişəm?!
Ahu-zar, müsibət dünyadan çıxıb,
Leyli-nahar nə nalalar çəkmişəm.

Dağıldı mahalım, pozuldu elim,
Tükəndi dövlətim, gödəldi dilim,
Əyildi qamətim, büküldü belim,
Nə qazamat, nə qalalar çəkmişəm.

33