Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/35

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Abdulla istəyir qışı yaz ola,
Açıla bir könül sərəfraz ola.
Bir adam əzəldən kələkbaz ola,
Onun da ilqarı düz olarmı gör?

AĞLAMA

Nə sevda tapıbsan, divanə könlüm?
Əlbət gedənlərin gələr, ağlama.
Yaradan yar olar, bir nəzər salar
Nabələd yolları bular, ağlama.

Nə gəzə bilmirsən, dözə bilmirsən,
Oxuya bilmirsən, yaza bilmirsən.
Tutub səni qəhri-qəza bilmirsən,
Ağlayanlar bir gün gülər, ağlama.

Bu gen dünya Abdullaya dar olsa,
Zərrəcən nəzəri kirdigar olsa,
Eynin yaşı çeşmələrdən car olsa,
Bir gün göz yaşını silər, ağlama.

35