Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/42

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Ey mənim sədəfim, mərcanım, dürrüm,
Bağınız, bağçanız solmasın görüm!
Ömrünə calansın Sənətkar ömrüm,
Qardaşlıq adının dost bərəsindən!

ŞİRİNMİŞ

Bunu yaxşı bilir arif olanlar,
Qürbətdə yar sevmək nə şirin imiş.
Bir oğul atadan artırsa işi,
Əcəb, el içində afərin imiş.

Məcnun kimi ov quşunu ovladım,
Zəncir saldım dost kuyində oynadım.
Dərin, dayaz dəryaları boyladım,
Hicranın dəryası nə dərin imiş!

Nadan olub xeyir-şərin qanmayıb,
Hədər bu dünyanı səhli sanmayıb,
Dünyanın varına heç aldanmayıb,
Abdullanın könlü nə sərin imiş.

42