Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/55

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

ÇAĞINDA

Bir ox vurdun ürəyimin başından,
A beymürvət günün batan çağında.
Naşı ovçu durub ov bərəsində,
Maral gəldi, keçdi atan çağında.

Doldurub verəsən içək sağıdan,
Qurtarmadım bu beymürvət yağıdan.
Səni nist olasan məclis dağıdan,
Şirin ixtilatın tutan çağında...

Qəfildən canıma saldın azarı,
İl müddət çəkirəm bu ahu-zarı.
Açılsa Yusifin Firdos bazarı,
Sən al Abdullanı satan çağında.

AXTARIRSAN

Ahu nigah, ay həsrəti xumarın,
Dolanıb bağlarda bar axtarırsan.
Gözü yolda qalan intizarın var,
Ya da xəstə üçün nar axtarırsan.

55