Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/58

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

BU

Dedim: Tutu, bu sallanış nədəndi?
Dedi: ümmanların sonasıdı bu.
Dedim: ağ əllərin əlvan bəzənib,
Dedi: öz kefimin hənasıdı bu.

Dedim: Tutu, sən də sığal ver telə,
Dedi: gəl mail ol bu şirin dilə.
Dedim: həmdəm olaq verək əl-ələ,
Dedi: qocalığın binasıdır bu.

Dedim: Tutu, atma müjgan oxunu,
Dedi: verrəm müşkü ənbər qoxunu,
Sənətkar Abdulla alar yuxunu,
Dedi, yar yatmağın sinəsidir bu.

GÜLƏ-GÜLƏ

Uca boylu, şirin dilli bəxtəvər,
Qalırsan qaydıma qal gülə-gülə.
Gecə-gündüz mən çəkirəm ahu-zar,
Alırsan canımı al gülə-gülə.

58