Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/59

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

İnciyəm gözəlin beyilqarından,
Hazar müxənnətin etibarından.
Hicran sənətindən, qəm anbarından,
Yükləyibsən mənə bol gülə-gülə.

Əyləşəydim, yar yolunda qalaydım,
Yalvaraydım, bir könlünü alaydım.
Abdullayam, bir az cavan olaydım,
Salaydım boynuna qol gülə-gülə.

GÖRƏNDƏ

Könül cavanlaşır əlli sinində,
Sevgili alagöz yarı görəndə.
Xəstə könlüm görün nə hala düşür,
Yay zamanı dağda qarı görəndə.

Qəsd eyləməz, zalım, insan insana,
Dərdindən, vallahi gəlmişəm cana.
Ovçunun ürəyi dönməzmi qana,
Tordan uçan bir şikarı görəndə.

Abdulla, könlündə dərd çatıb yüzə,
Qəsdin yoxsa məni salmaqdı düzə?
Çirkinlər rübəndi bürüyər üzə,
Sən bürünmə vəfadarı görəndə.

59