Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/62

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

A YAZI BELƏ

Nəzər əyiləndə, iqbal yatanda,
Qananı qanmaza a yazı belə.
Kimin zimistanı novbahar keçir,
Məni də yandırır, a yazı belə.

Öz əlinlə qoysan məni qara sən,
Al üstündən bağlayıbsan qara sən,
Sənsən salan bu zulmata qara sən,
Dağıt duman, çiskin, ayazı belə.

Həqiqi dost yandan beləmi keçər,
Kəmərin toqqası beləmi keçər.
Abdullanın ömrü beləmi keçər,
Qışı dərdi möhnət, a yazı belə.

YAY İNDİ

Ovçusan, durubsan ov bərəsində,
Qur tələni, maral keçdi, yayındı.
Əlif qəddin, ay qabağın, gül üzün,
Cəllad qaşın çəkilibdir yay indi.

62