Bu səhifə korrektə edilib
Ərş üzündə Gün dolanıb üzərmiş,
Müxənnətin dolandığı üzərmiş.
Dərdin məni incəldərmiş, üzərmiş,
Ya bu gündü, ya sabahdı, ya indi.
Abdullayam, qayıl oldum ay aza,
Katib gərək mənim dərdim a yaza.
Zimistanda ilqar verdin a yaza,
A beymürvət, gözləyirəm yay indi.
YAD AĞI GƏZƏR
Səyyad olan seyrə çıxar səhraya,
Ya tərlan axtarar, ya dağı gəzər.
Eşqin atəşini salar canına,
Çəkər sinəsinə ya dağı gəzər.
Dildə zikr eyləyən Sinaya gələr,
Ayaqdan can çıxar sinaya gələr.
Əzrayıl qeyznən sinaya gələr,
Yığılar qəssalar yad ağı gəzər.
Dağda sehr eyləyən şir indi hanı?
Dahanda ləzzəti şirinidi hanı?
Sənətkar axtarır: Şirindi, hanı?
Qatar ləzzətinə yad ağı gəzər.
63