Bu səhifə korrektə edilib
Abdulla qürbətə düşəndə yana,
Eşq atəşi cana düşəndə yana,
Boşalıb qollarım düşəndə yana,
Əzrayıl əmr edər o yanam indi.
SİN ƏSƏR
Oyaq isən çək xədəngin ayağa,
Əlikdisə gəldi-keçdi sin əsər.
Eynim yaşı leysan təki a yağa,
Can ayrılar, cəsəd gedər, sin əsər.
Ərşdən aşağı enəndə yana,
Eşq atəşi cana edəndə yana,
Əzrayıl qeyznən enəndə yana,
Alışar cəsədin yanar sin əsər.
İgid gərək şər işlərdən səksənə,
Qədd əyilsə, deyəcəklər səy sənə.
Sənətkarın sinni keçir səksənə,
Sər sərinə gətirəcək sin əsər.
68