Bu səhifə korrektə edilib
ELƏ SƏN
Yaxşılıq, yamanlıq borcdur dünyada,
Mərdanəsən gəl yaxşılıq elə sən.
Aşıq deyər elə sən,
Oxu dərsin elə sən.
Yamanlığa yaxşılıq,
Gəl həmişə elə sən.
Öz-özünə çox boy verib ucalma,
Çıxammazsan obaya sən, elə sən.
Mərd iyidlər sadə olar, yəqindi,
Ürəyimdə qalmayıbdı yağ indi.
Aşıq deyər yəqindi,
Ədalət var yəqindi.
Qapı döyən, agah ol,
Döyülər qapın, yəqindi.
Göz ağrıyar bəduğuru görəndə,
Əl çəkmirsən, ha çıxırsan elə sən.
77