Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/93

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Abdulla:
Namə yazdın məni saldın dərinə,
Qurban olum mərd iyidin sərinə.
And olsun musaya, şərbət yerinə
İçərəm zəhrini bal əvəzində.

Növrəs İman:
Elə bildim yatıb mənim iqbalım,
Qar alır qapını qarışır halım.
Qabağına qatmağa olmasa malım,
Apar sat İmanı qul əvəzində.

Abdulla:
Abdullayam, düşdüm haqqın sayına,
Qədir mövlam fürsət verməz xayına.
Döşərəm üzümü xaki-payına,
Gəzərsən xanəndə nal əvəzində.

93