USTA ABDULLANIN KƏLBƏCƏR ƏHVALATI
Bəli, əzizdərim. Qulluğunuza hardan ərz edim,
kimnən deyim? Göyçə mahalının Zod kəndinnən Usta
Abdulladan. Onun adı təkcə söz sərrafı kimi deyil, həm
də dülgərlikdə Qafqaz ellərində yaxşı tanınırdı.
Abdulla kişi Cavanşir mahalına, yəni Kəlbəcərə
böyük bir imarətin dülgərlik işini görmək üçün dəvət
alır. Usta Abdulla imarətdə işini görməyində olsun,
sizə kimnən deyim, Minayə xanımdan. Minayə xanım
da gözəl xalı toxuyurdu, onun gözəlliyi və toxuduğu
xalılar Cavanşir mahalında dillər əzbəriydi. Yaxşı təbi
vardı, yeri gələndə şeirlər yazardı. Minayə xanım
Zoddu Abdulla barədə çox eşitmişdi. Dedi, gedim
görüm, ustanın əl işi xoşuma gəlsə, mən də təzə
tikdirdiyim evin dülgər işini ona gördürərəm. Bu
minvalla Minayə imarətə yaxınlaşır, həmin vaxt
Abdulla kişi əlində kərki ağac yonurdu. Başını qaldırıb
Minayəni görəndə onun gözəlliyinə o qədər heyran
oldu ki, taxta yonduğunu unutdu. Əlindəki kərkini
ağaca vurmaq əvəzinə dizinə vurub yaraladı.
Minayə Abdulladan adının nə olduğunu soruşdu.
Usta Abdulla Minayəni elə gördü, fikirləşdi ki, bu
gözəl Minayə olacaq. Karıxdığından adının ona
Minayə olduğunu dedi. Minayə təccüfləndi. Dedi ki,
Minayə qadın adıdır. Usta Abdulla burada əməllijə
97
Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/97
Görünüş
Bu səhifə korrektə edilib