Götürdü görək, özünü sözün tafşırmasında Minayə
xanıma nejə isnat verdi:
Abdulla da çəkməz dostdan ayağı,
Piltə yanar, şölə verər a yağı.
A beymürvət, a nainsaf, a yağı,
Bəs niyə demirsən, Minayə mənəm?
Usta Abdullanın dizini sarıdılar. Dizi möhkəm
yaralandığından Abdulla kişi ev sahibindən icazə alıb
Göyçəyə qayıtdı ki, dizi sağalandan gələr yarımçıq
işini görər.
İndi sizə kimdən ərz edim, Aşıq Ələsgərin şəyirdi
Aşıq Əsəddən. Aşıq Əsəd xavar tutdu ki, Abdulla kişi
bir balaja xata törədib, dizini yaralayıb. Usta
Abdullanın yanına gəldi. Usta da başına gələnləri,
Minayənin qənirsiz gözəlliyini söz-söhbətlə Aşıq
Əsədə nəql etdi.
Günlərin bir günü Aşıq Əsəd Kəlbəcərə toya
dəvət aldı.
Deyir, böyük bir mağardı. Aşıq Əsəd mağarda
oxuyur. Minayə eşidir ki, toyu aparan Aşıq Ələsgərin
şəyirdi Aşıq Əsəddir. Deyir, deyirlər bu, səsi ilə
otuzluq lənpəni keçirdir. Gedim bir bunun üzünü
görüm, necə aşıqdır?
99
Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/99
Görünüş
Bu səhifə korrektə edilib