Məzmuna keç

Sən kimi bir kafəri-birəhm canan olmasın

Vikimənbə saytından
Qəzəl 17
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Sən kimi bir kafəri-birəhm canan olmasın,

Mən kimi bir kimsənə pabəndi-hicran olmasın.


Sən kimi bir bivəfa yoxdur cahanda hiç kəs,

Mən kimi bir kəs o zülfün tək pərişan olmasın.


Sən kimi hərgiz cahanda qatilü xunxar yox,

Mən kimi məcruhü zarü didəgiryan olmasın.


Sən kimi mə’şuq yoxdur şivey-rəftardə,

Mən kimi aşiq sənə bir kimsə heyran olmasın.


Sən kimi dildarü dilazarü biinsaf yox,

Mən kimi məcruhi-tiri-çeşmi-fəttan olmasın.


Sən kimi namehriban məşuq olmaz aşiqə,

Mən kimi aşiq sənə, ey afəti-can, olmasın.


Sən kimi xunxar görmüb Sağəri, ey bivəfa,

Mən kimi aşiqlərə bu ahü əfğan olmasın.