Məzmuna keç

Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş

Vikimənbə saytından
Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş
Müəllif: Molla Vəli Vidadi
Mənbə: Molla Vəli Vidadi. "Əsərləri" (az.). Bakı: Öndər. 2004. səh. 58. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url)

Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş,
Şəhr ara hüsnüncə namə barə gəlmiş, gəlməmiş.

Dəmbədəm, ey gül bədən, şirin dəhən, şəhdü şəkər,
Lə’li-ləbin ləhcəyi-göftarə gəlmiş, gəlməmiş.

Eylədim təhqiq kim qövsi-qaşın tək növnəhal
Hüsn bağində qədin rəftarə gəlmiş, gəlməmiş.

Demə kim üşşaq qanın tökməyə qəmzən kimi
Qatilü cəllad tək xunxarə gəlmiş, gəlməmiş.

Çün dəva yох eşq dərdinə nə fərq eylər təbib,
Bu Vidadi xəstəyi-biçarə gəlmiş, gəlməmiş.