Məzmuna keç

Sənin yüzün günəşdir, yoxsa aydır

Vikimənbə saytından
Sənin yüzün günəşdir, yoxsa aydır
Müəllif: Sultan Vələd
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Sənin yüzün günəşdir, yoxsa aydır
Canım aldı gözün dəxi nə eydir
Mənim iki gözüm bilgil canımsan məni cansız qoyasan sən bu keydir.
Gözümdən çıxma kim bu ev sənindir
Mənim gözüm sənə yaxşı saraydır
Tamaşa çün bəri gəl kim görəsən
Necə gözüm yaşı irmağu çaydır
Vələd yoxsuldu sənsiz bu cahanda
Səni buldu, bu gözdən bəyü baydır.
Kəndözünü unut, anı bilgil
Kəndözünü yavu qıl, anı bilgil
Nə balıqlar var ol dəniz içrə
Gər sənə Tanrı ol sudan içrə.
Dəniz içrə balıqları görəsən
Ol bahqlar ilə belə durasan
Olməyi ol dənizdə görməyəsən
Görəsən nə ki varsa sormayasan
Anda əlsiz-ayaqsız içməkdir
Ol çəməndə qanadsız uçmaqdır
Yemişü yarpaq anda söylərlər
Irlayuban budaqda oynarlar
Zikr”dən doğdu andakı quşlar
Dükəli anda yaylayıb qışlar.