Bu səhifə korrektə edilib
SƏRSƏ QAL İNDİ
Kişi olub el içində dolanan,
Çəkəcək aləmdə sərsə qal indi.
Nadansan, qanmırsan xeyir, şərini,
Niyə qurdun mənə, sarsaq, al indi?
Müxənnətin ayağına, dərinə,
Xəstə olan yalvaracaq dərinə.
Əqlin çaşdı, niyə düşdün dərinə?
Kim deyirdi sənə sar sağal indi.
Abdullayam, düşdüm ala bilmirəm,
Qara xəttim olub ala bilmirəm.
İpəkdən, zərbafdan ala bilmirəm,
Yaraşır qəddinə, sarsaq, al indi.
YAR AĞINI SƏN
Səhər şikarına, seyri-gülşəndə
Alıbsan dəstimin yarağını sən.
Şirin danışanda, şirin güləndə,
Qatırsan şərbətə, yar, ağını sən.
66