Sәnә bu hüsn, xәyal eylәmә müdam qalır

Vikimənbə saytından
Sәnә bu hüsn, xәyal eylәmә müdam qalır
Müəllif: Əbülhəsən Raci

Sәnә bu hüsn, xәyal eylәmә müdam qalır,
Çәmәndә hansı güli-tәr әlәddәvam qalır?!
 
Qalıb bu pәnd mәnә yadigar pirimdәn:
Hәmişә zindә bu alәmdә niknam qalır.
 
Gözün könül quşun ovlar, әgәrçi laçın tәk
Vә leyk axır özü paybәndi-dam qalır.
 
O lәblәri ki, edәr kami-alәmi şirin,
Mәnim kimi olu bir vaxt tәlxkam qalır.
 
Gedәr çü mәstiyi-mey, zәhmәti-xumar gәlir,
Hәmişә başda haçan nәşeyi-müdam qalır.
 
Hәmişә aşiqinә naz edib, xәyal etmә
Sәnә bu rәngü ruxü zülfi-müşkfam qalır.
 
Әsәr xәzan yeli gülzari-hüsnünә bir gün,
Nә üzdә rәng, nә zülfündә bir nizam qalır.
 
Nә çeşmi-mәstin edәr böylә naz-naz nigah,
Sәhi qәddin nә bu növ ilә xoşxuram qalır,
 
O vaxta üz çevirib cümlә bәdnәzәr sәndәn,
Mәgәr bu Raciyi-biçarә sübhü şam qalır?