Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/65

Vikimənbə saytından
(Salmas (Zodlu Abdulla) səhifəsindən istiqamətləndirilmişdir)
Bu səhifə korrektə edilib

SALMAS

Gəzdim İsfahanı,Vanı, İranı,
İndi də qalıbdı ay ağa Salmas1.
Zənbur2 cəhd eyləyər, dolanar şanı,
Pərvanə cismini a yağa salmaz.

Dost gərəkdi yaxşı dostu sınaya,
Göydən yerə endi neçə sin aya.
Məhəbbət xəncərin qoysa sinaya,
Dost dostu öldürüb ayağa salmaz.

Bilirsənmi danışıram nə sarı,
Bəxt yatanda şan çəkərmi nəs arı?
Sınıq könlüm, nə viran ol, nə sayrı,
Qəssad qəsd eyləyib ay ağa salmaz.

Abdulla, namazın keçdi qəzaya,
Mənim məzarımı kimlər qazıya,
İgid tuş gələndə qəhri-qəzaya,
Dost yapışar əldən ayağa salmaz.


1 İranın Qərbi Azərbaycan ostanında şəhər
2 Arı

65