Sanma, ey dust, sən tək afət canə olmuş, olmamış
Görünüş
| Sanma, ey dust, sən tək afət canə olmuş, olmamış Müəllif: Molla Vəli Vidadi |
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamış,
Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.
Demə kim görmüş cahan şəm’i-cəmalın tək çıraq,
Ya ona canım kimi pərvanə olmuş, olmamış.
Sürmə mən Məcnunu qapından, ey Leyliyi-dəhr,
Dərgahında nola bir divanə olmuş, olmamış?
Olmadı bir gün, Vidadi xəstə, giryan olmadın,
Kimsə onu görmədi xəndanə olmuş, olmamış.