Saqi, tolu sun neçə-neçə zəhdlə pərviz
Görünüş
Saqi, tolu sun neçə-neçə zəhdlə pərviz Müəllif: Qazi Bürhanəddin |
Saqi, tolu sun neçə-neçə zəhdlə pərviz,
Mütrib, yenə düz nəğmeyi-tərəbəngiz.
Dil sinənə bağlandı, can asıldı ləbündən,
Hər mövləvi gərək dürə bəndü şəkaraviz.
Mələkdə ağız böylə necə ola dürəfşan,
Ya huridə səs böylə qaçan ola dilaviz?
Nazik tənüni biliməzəm canmı, bədənmi?
Hələ sanuram bən ruhi-bədənamiz.
Xuni-cigəri gözlərüm axıdə zərurət,
Çün hindu gözün aldı ələ xəncəri-xunriz.
Şol lə'li-ləbün cilvə qılurisə cəhanə,
Başdan-başa sürxab axıda xitteyi-Təbriz.