Sarvan qızı

Vikimənbə saytından
Sarvan qızı
Müəllif: Aşıq Məsim Bəyazidli
Mənbə: Mahmud Kamaloğlu (2013). Aşıq Məsim Bəyazidli (az). Azərbaycan Aşıqlar Birliyi. "Ozan dünyası" jurnalı. Orijinal mənbədən 2016-08-09 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-09.

Nagahdan uğradın qafildan mana,
Sandım ki, ceyransan, a Sarvan qızı.
Qıyğacı baxışın aldı canımı,
Dərdlərə dərmansan, a Sarvan qızı.

Özün çox gözəlsən, həm də innabı,
Sandım ki, üstünə müşkülər yağıb.
İnanmıram səni analar doğub,
Ərşdəki qılmansan, a Sarvan qızı.

Mana irast oldu dəmir yolunda,
Dəftəri, qələmi, vardı əlində.
İsmi əzbər olub Məsim dilində,
Sazlarda dastansan, a Sarvan qızı.