Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/70

Vikimənbə saytından
(Sayad əmməni səhifəsindən istiqamətləndirilmişdir)
Bu səhifə korrektə edilib

YÜZ DƏRDƏ

Aman gözəl, əlac eylə dərdimə,
Səndən ötrü mən düşmüşəm yüz dərdə.
Ləblərindən özgə şəfa bilmərəm,
Əgər gəlsə mən xəstəyə yüz dərd də.

Xallarındı can quşuna ya sərdən,
Harda görsən hazar eylə yasərdən.
Səni görcək ağlım getdi ya sərdən,
Divanətək gözüm qaldı yüz dərdə.

Abdullaya göstərginən bağı sən,
Tax boynuma gülabatın bağı sən.
Naz ilə gir, seyr elə gəl bağı sən,
Süsən-sünbül, qönçə gülü yüz dər də.

SAYAD ƏMMƏNİ

Ovçusan, gəzirsən dağ damanında,
Sən Allah, öldürmə sayadam məni.
Mən gəzirəm Leyli-Məcnun ünündə,
Salma nəzərindən, sayadam məni.

70