Sayatla Xəmra

Vikimənbə saytından
Sayatla Xəmra
Müəllif: Abdulla Şahbəndə
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

(Dastanın türkmən variantından şerlər)
1
Ey yaranlar, musurmanlar,
Yar qırmızı geyinibdir.
Ağ üzündə qoşa xallar
Xal qırmızı geyinibdir.

Qurban olum qələm qaşa,
Yar cığasın sancarbaşa.
Sinəsində qoşa-qoşa
Nar qırmızı geyinibdir.

Baxışı var ceyran kimi,
Rəftan var maral kimi,
Zülfləri var şahmar kimi
Mar qırmızı geyinibdir.

Yanm gelər güle-güle,
Gülüşü bənzər bülbüle.
Yanında qırx kəniz belə
Var, qırmızı geyinibdir.

Gəl, Sayat gedəlim bağa,
Yanm, bax sinəmdə dağa.
Xəmranm canın almağa
Yar qırmızı geyinibdir.

2
Gül üzlü sevdiyim sənə deyirəm
Qalmışam mən qayğı-qəmler içihdə.
Bu qərib canıma olmasah həmdəm
Çeşmi-giribanım nəmlər içində.

Saqinin qolundan badə sunaram,
Ölməyincə sənden haçan dönərəm.
Gecələr tutuşub,gündüz yanaram
Səni görsəm naməhrəmlər içində.

Həqiqət eşq yolun tut indi Xəmra,
Aşiqlik şərbətin iç indi Xəmra,
Bivəfa dünyadan köç indi Xəmra,
Sən ah çəkib bu həmdəmlər içinde.