Sevgili şagirdlərimizə ərməğan
Görünüş
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Sevgili şagirdlərimizə ərməğan Müəllif: Məhəmməd Hadi |
Dəbistan bir baharistan, onun əzhari ürfandır,
Dəbistan bir nihalistan, onun əsmari ürfandır.
Dəbistan qönçəzari-bülbülani-eşqpərvərdir,
Şu baği-dilgüşanın bari-qiymətdari ürfandır.
Baxılsa çeşmi-imanla, bütün kaşaneyi-aləm
Xərababad bir xanə, onun me'mari ürfandır.
Dəmiryollar, balonlar, bunca asari-tərəqqibəxş,
Bu imrani-cahanın mənşəi-asari ürfandır.
Bütün əsrari-məchulə parıldar sübhi-məktəbdən,
Dəbistan bir günəş, ənvari-pərtövbari ürfandır.
Dəbistan bir qəfəs, şagirdlərdir, bülbüli-lahut,
Dəbistan - lərz... onun mə'nayi-mə’nidari ürfandır.