Siz o yandan, mən bu yandan
Görünüş
Siz o yandan, mən bu yandan Müəllif: Koroğlu |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Misri qılınc alın ələ,
Siz o yandan, mən bu yandan!..
Al qanı döndərək selə
Siz o yandan, mən bu yandan!..
Düşmanın qəddini bükək,
Başlar nəsib, yerə tökək,
Xan qoruğunda turp əkək,
Siz o yandan, mən bu yandan!..
Haydı düşmanın tuşuna,
Qan udduraq bu qoşuna,
GəIək Koroğlu xoşuna
Siz o yandan, mən bu yandan!..