Sofu İsmayıl
Görünüş
Rəvayətlər. Sofu İsmayıl Müəllif: Şifahi xalq ədəbiyyatı |
Evimizdə ilan vardı. Sofu İsmayılı gətizdirdik. İlanı adıyla
çağırdı, dedi:
– Ay mamayi, day mamayi, dağda gəzən, daşda gəzən...
Bir də gördük qırmızı bir ilan gəldi durdu Sofu İsmayılın qabağında. Başını qaldırdı Sofu İsmayıla baş əydi. Sofu İsmayıl dedi:
– Ay Allahın heyvanı, burdan çıx get.
Elə bu söznən də ilan çıxıb getdi.
Sofu İsmayıl dedi:
– Ta bu ilan sizin evinizdə görünməyəcək. Qorxmayın. Payımı-qismətimi verin, varım gedim.
Nənəm getdi, Sofu İsmayıla un gətirdi verdi...