Məzmuna keç

Sordum san çiçəgə, bənzün nədən sandıır

Vikimənbə saytından
Sordum san çiçəgə, bənzün nədən sandıır
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Sordum san çiçəgə, bənzün nədən sandıır?
Çiçək aydur, ey dərviş, ahum dağlar əridür.

Yenə sordum çiçege, sizdə ölüm varmıdur?
Çiçək aydur, ey dərviş, ölümsüz yer varmıdur?!

Yenə sordum çiçəgə, tamuya girərmisız?
Çiçək aydur, ey dərviş, ol münkirler yeridür.

Yenə sordum çiçəgə, uçmağa girermisiz?
Çiçək aydur, ey dərviş, uçmaq adəm şəhridür.

Yenə sordum çiçəgə, gül sizün ne’nüz olur?
Çiçək aydur, ey dərviş, gül Mühəmməd təridür.

Yenə sordum çiçəgə, Ademi bilürmisiz?
Çiçək aydur, ey dərviş, adəm bində biridür.

Yenə sordum çiçəgə, qırqlan bilürmisiz?
Çiçək aydur, ey dərviş, qırqlar Allah yandur.

Yenə çiçəgə sordum, rəngi qandan alırsız?
Çiçək aydur, ey dərviş, ay ilə gün nundur.

Yenə sordum çiçəgə, boynun nədən əgridür?
Çiçək aydur, ey dərviş, qəlbüm Həqqe doğrudur.

Yenə sordum çiçəgə, atan-anan varmıdur?
Çiçək aydur, ey dərviş, bu nə əcəb şorudur?

Yenə sordum çiçəgə, sən Kə’bəyi gördünmü?
Çiçək aydur, ey dərviş, Kə’be Allah evidür.

Yenə sordum çiçəgə, bağçana girsəm nola?
Çiçək aydur, ey dərviş, qoqla bəni geri dur.

Yenə sordum çiçəgə, sən siratı gordünmi?
Çiçək aydur, ey dərviş, cümləmin ol yolıdur.

Yenə sordum çiçəgə, qışın nerdə olursız?
Çiçək aydur, ey dərviş, qışın türab oluruz.

Yenə sordum çiçəge, gözün neçün yaşludur?
Çiçək aydur, ey dərviş, bağırcığum başludur.

Yenə sordum çiçeğe, Yunusu bilimisin?
Çiçək aydur, ey dərviş, Yunus qırqlar yandur.