Məzmuna keç

Təbriki-eydi-əzha

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Təbriki-eydi-əzha
Müəllif: Məhəmməd Hadi

Bəşarət, əyyühəl-ixvan, bu gün bir eydi-zişandır,
Könüllər, ruhlər nəvvari-ülviyyətlə rəxşandır,
Məhəbbət nuru parlar, çöhreyi-millət dirəxşandır,
Bu gün asari-şəfqət kainatə pərtövəfşandır,
Müqəddəsdir, mübarəkdir, böyükdür, ruzi-pürşandır.
Bu gündə seyyidül-kövneyn* islamə səlam eylər,
Vifaqi-milləti gördükcə ərzi-ibtisam eylər.
Bu gün beyti-müəzzəm nöqteyi-icma'i-ümmətdir.
Məali-həccdən məqsəd nədir? Şurayi-millətdir.
Buyurmuş seyyidi-aləm: cəmaət feyzü rəhmətdir,
Bu gün islamiyan ləbrizi-şəhdabi-məsərrətdir,
Bu gündə seyyidül-kövneyn islamə səlam eylər,
Vifaqi-milləti gördükcə ərzi-ibtisam eylər.
Bu gün qurban kəsir eşq əhli meydani-məhəbbətdə,
Durub səfbəsteyi-hörmət cəmaət babi-izzətdə,
Açıb dəsti-təmənna, gözləri rəhmü inayətdə,
Yağar barani-rəhmət olsa istehqaq ümmətdə,
"Durur ehkami-nüsrət ittihadi-qəlbi-millətdə".
Bu gündə seyyidül-kövneyn islamə səlam eylər,
Vifaqi-milləti gördükcə ərzi-ibtisam eylər.
Səlahi-hali-millət bəsteyi-həblül-üxüvvətdir,
Əsasi-şövkətü izzət vifaqi-paki-ümmətdir,
Vifaq ərbabı ən məs'ud, ən sətvətli millətdir,
Nifaqü büğz insaniyyətə layiqmi xislətdir?
Binayi-şər'imiz ədlü müsavatü məvəddətdir.
Bu gündə seyyidül-kövneyn islamə səlam eylər,
Vifaqi-milləti gördükcə ərzi-ibtisam eylər.
Edin nuri-təməddünlə münəvvər qəlbü vicdani,
Qılın nəşri-maariflə müzəyyən baği-imkani,
Vətən övladi etsin iqtibasi-feyzi-ruhani,
Cəhalət dərdinin yox mə'rifətdən qeyri dərmani,
Maarif eyləyir ayineyi-idrakı nurani,
Bu gündə seyyidül-kövneyn islamə səlam eylər,
Vifaqi-milləti gördükcə ərzi-ibtisam eylər.
Mədari-fəxri-islam Bu Əlilər*, Fəxr Razilər*,
Edən "Ehya ülumiddin”i Mövlana Qəzalilər*,
Cahanə naşirül-ənvar Rumilər*, Sənailər*,
Fəzayi-feyzə bəhcətbəxş Sə'dilər*, Bəhailər*,
Maarif bağının məsuludur iştə bu dahilər.
Bu gündə seyyidül-kövneyn islamə səlam eylər,
Vifaqi-milləti gördükcə ərzi-ibtisam eylər.
Bu dahilər edib tə’lif min asari-ürfani,
Rəhi-ürfanə bunlar eyləmiş irşad dövrani,
Edək dərxatir ol əsri-maarifhəsri-zişani,
O parlaq dövrdə keçmiş idik əmsalü əqrani,
Üxüvvət ilə ehraz eyləmişdik rütbəvü şani.
Bu gündə seyyidül-kövneyn islamə səlam eylər
Vifaqi-milləti gördükcə ərzi-ibtisam eylər.
Bu gün səhrayi-qəmdə qəlbi-aşiq tək pərişanız,
Yox əldə mayə, bazari-cahanda əhli-xüsranız,
Yetib həmrahlar mətlubə, biz qəflətdə puyanız,
Bu gün şayani-ehsan bir ovuc ərbabi-üsyanız,
Açıl, ey babi-rəhmət! Müstəhəqqi-feyzi-qüfranız.
Bu gündə seyyidül-kövneyn islamə səlam eylər,
Vifaqi-milləti gördükcə ərzi-ibtisam eylər.
Dəyanətpərvəran həbli-xudayə e'tisam eylər,
Mühübbi-mülkü millət ittifaqə ehtimam eylər,
Vifaq olduqda əbnayi-vətən ehrazi-nam eylər,
Üxüvvət ilə hər kəs iktisabi-ehtişam eylər,
Şu miskiyyül-xitam ilə qələm xətmi-kəlam eylər.
Bu gündə seyyüdül-kövneyn islamə səlam eylər.
Vifaqi-milləti gördükcə ərzi-ibtisam eylər.