Təfərrüc eyləyü vardım, sabahın sinləri gördüm
Təfərrüc eyləyü vardım, sabahın sinləri gördüm Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Təfərrüc eyləyü vardım, sabahın sinləri gördüm,
Qarışmış qara toprağa şu nazük tənləri gördüm.
Çürimiş topraq içrə tən, sin içində yatur pünhan,
Boşanmış tamar, aqmış qan, batmış kəfənləri gördüm.
Yıqılmış sinləri tolmış, həb evləri xərab olmış,
Qamu əndişəden qalmış nə düşvarhalleri gördüm.
Yaylalar yaylamaz olmış, qışlalar qışlamaz olmış,
Bar dutmış söyləməz olmış ağızda dilləri gördüm.
Kimisi zövqü İşrətdə, kimi sazü bəşarətdə,
Kimi bəla vü möhnətdə, dün olmış günləri gördüm.
Soğulmış şol qara gözlər, bəlürsüz olmış ay yüzlər,
Qara toprağun altında gül dərən əlləri gördüm.
Kimisi boynını əgmiş, tənini toprağa salmış,
Anasına küsüb getmiş boynın buranları gördüm.
Kimi zari qalub ağlar, zəbanilər canın tağlar,
Dutuşmış sinləri oda, çıqan dütünləri gördüm.
Yunus bum qanda gördi, gəlüb bizə xəbər verdi,
Əqlüm vardı, bitüm şaşdı, netə kim şunlan gördüm.