Məzmuna keç

Tənqri içün canum canı cəfayisə tapdur yetər

Vikimənbə saytından
Tənqri içün canum canı cəfayisə tapdur yetər
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Tənqri içün canum canı cəfayisə tapdur yetər,
Sənün fəraqundan betər əzab dəxi varmı betər?!

Eşqün odı yürəgümde yanduğına aləm tanuq,
Qanda bir od yanar isə, nişanı var - dütün dütər.

Eşqün çəri saldı bənüm könlüm evi iqliminə,
Camımı əsir eylədün, neder bana yağı tatar?!

Əcəl salam iqlimlərə, vesyət qılam aşiqlərə,
Mə’şuqədən deyəm saqın, oynar aşiq könlün atar.

Əcəb bu bənüm dərdümə nə içün dərman bulınmaz?
Kim bulısar dərman ana, kişiyi kim bəri dutar?

Resmidürür sultanlarım - qullar günah eyləyicək,
Ya ədəblər ol qulını, ya məzada verür satar.

Yunus, şikayət eyləmə yardan cəfa gördüm deyü,
Cümlə aşiqlər hacəti mə’şuqi qatında bitər,