Məzmuna keç

Tərcibənd 3 Gətir, saqi, qədəh, boldunsa hali-dəhrdən agəh

Vikimənbə saytından
Gətir, saqi, qədəh, boldunsa hali-dəhrdən agəh Tərcibəndlər, tərkibəndlər, müxəmməs, təxmis və mürəbbelər (Füzulinin Azərbaycanca Divanı) (2024)
Müəllif: Məhəmməd Füzuli
Tərcüməçilər: Həmid Araslı


Gətir, saqi, qədəh, boldunsa hali-dəhrdən agəh

Ki, dövran üzrədir peyvəstə sübhü şamü salü məh.

Xəzandan qurtulub gülzar bəzmində azan bülbül,

Çiraği-gül yaqub, xəlvətsərayi-vəslə bulmuş rəh.

Gül açmış xani-vəslin, bülbülə təklif edər hər dəm

Ki, gər mehman isən xani-Xəlilullahə, bismilləh.

Cahandan dün mükəddər xatir idim fali-fəthi çün

Bu gün gülzarə girdim gül kitabın açmağa nagəh.

Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni,

Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni.