Məzmuna keç

Tərcibənd 5 Gətir, saqi, qədəh kim, bağü səhra laləzar oldu

Vikimənbə saytından
Gətir, saqi, qədəh kim, bağü səhra laləzar oldu Tərcibəndlər, tərkibəndlər, müxəmməs, təxmis və mürəbbelər (Füzulinin Azərbaycanca Divanı) (2024)
Müəllif: Məhəmməd Füzuli
Tərcüməçilər: Həmid Araslı


Gətir, saqi, qədəh kim, bağü səhra laləzar oldu,

Əcəb fəsli-xücəstə, mövsimi-xoşruzigar oldu.

Şükufə bərgi topraq üzrə simin xiştlərdir kim,

Əsasi-eyşi-xəlq ol xiştlərdən üstüvar oldu.

Cigər qani kimi getmişdi gözdən tazə gül şəkli,

Yenə daği-dili-əhli-vəfatək aşikar oldu.

Çıxardı səbzəvü gül xakdən çox lə’lü firuzə,

Vəli, yüz şükr kim, xan xaki-payinə nisar oldu.

Füzuli, gər xəzan vaxtı irərdin müttəqi, hala

Mey iç kim, mövsimi-gül gəldi, əyyami-bəhar oldu.

Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni,

Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni.