Məzmuna keç

Tərkibbənd 2 Fariğ idim cümlə aləmdən, bilir aləm məni

Vikimənbə saytından
Fariğ idim cümlə aləmdən, bilir aləm məni Tərcibəndlər, tərkibəndlər, müxəmməs, təxmis və mürəbbelər (Füzulinin Azərbaycanca Divanı) (2024)
Müəllif: Məhəmməd Füzuli
Tərcüməçilər: Həmid Araslı


Fariğ idim cümlə aləmdən, bilir aləm məni,

Eyb edərdi bixəbər sanıb bəni-adəm məni.

Qoymadı dövrani-çərx öz halimə xürrəm məni,

Şad ikən aləmdə, çərx etdi əsiri-qəm məni.

Eşq nagəh oldu peyda, tutdu müstəhkəm məni,

Saldı yüz sevdaya ol geysuyi-xəm dər-xəm məni.

Şimdi Məcnundan rəhi-eşq içrə sanmın kəm məni,

Yar xud qılmaz hərimi-vəslinə məhrəm məni.

Sən ki, məhrəmsən, səba, billah, anıb hər dəm məni,

Söylə ey gül kim, sənə bəxt eyləməz həmdəm məni.

Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,

Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!