Məzmuna keç

Tərkibbənd 3 Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda

Vikimənbə saytından
Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda Tərcibəndlər, tərkibəndlər, müxəmməs, təxmis və mürəbbelər (Füzulinin Azərbaycanca Divanı) (2024)
Müəllif: Məhəmməd Füzuli
Tərcüməçilər: Həmid Araslı


Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda,

Tutiyi-laləm, şəkərnisbət məqalindən cüda.

Der idim səbr eyləyim, olsam cəmalindən cüda,

Bilmədim düşvar imiş olmaq vüsalindən cüda.

Tirə oldu ruzigarim zülfü xalindən cüda,

Oldu səhra mənzilim vəhşi qəzalindən cüda.

Mutək incəldi tənim nazik nəhalindən cüda,

Xəm gətirdi qamətim, mişkin hilalindən cüda.

Çıxdı cani-natəvan, şirin zülalindən cüda,

Oldum, əlqissə, rüxi-fərxündəfalindən cüda.

Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,

Əl-əman, hicran bəlavü möhnətindən, əl’əman!