Məzmuna keç

Tərkibbənd 6 Aqibət ahim mənim ol maha tə sir etməsə

Vikimənbə saytından
Aqibət ahim mənim ol maha tə’sir etməsə Tərcibəndlər, tərkibəndlər, müxəmməs, təxmis və mürəbbelər (Füzulinin Azərbaycanca Divanı) (2024)
Müəllif: Məhəmməd Füzuli
Tərcüməçilər: Həmid Araslı


Aqibət ahim mənim ol mahə tə’sir etməsə,

Bunca əfsunum pərivəş yarı təsxir etməsə,

Yar hali-zarimə bir fikrü tədbir etməsə,

Bivəfalıq rəsmini gəldikcə təğyir etməsə,

Ol cəvani-nazənin meyli məni pir etməsə,

Tutaram bir yar mən, gər ömr təqsir etməsə,

Yar, yar olmaz, könül, üşşaqlər bir etməsə,

Zülfünü aşiqlərin boynuna zəncir etməsə,

Aşiqin qeydində yüz neyrəngü təzvir etməsə,

Görmüyən saətdə yüz üzr ilə təqrir etməsə,

Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,

Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!