Tərkibbənd 7 Fəqr eşq içrə, Füzuli, izzü cahimdir mənim
Görünüş
| Fəqr eşq içrə, Füzuli, izzü cahimdir mənim Tərcibəndlər, tərkibəndlər, müxəmməs, təxmis və mürəbbelər (Füzulinin Azərbaycanca Divanı) (2024) Müəllif: Məhəmməd Füzuli Tərcüməçilər: Həmid Araslı |
Fəqr eşq içrə, Füzuli, izzü cahimdir mənim,
Şiveyi-mehrü məhəbbət rəsmü rahimdir mənim,
Dərdimi sabit qılan üşşaqə ahimdir mənim,
Ah bu də’vadə bir adil güvahimdir mənim,
Gərçi qəm məqsudi qətli-bigünahimdir mənim,
Qəm degil, çün künci-meyxanə pənahimdir mənim,
Dərgəhi-piri-muğan ümmidgahimdir mənim,
Mən onun bir çakəri, ol padişahimdir mənim,
Ey ki, hər cürm olsa lütfün üzrxahimdir mənim,
Ayıran səndən məni, bəxti-siyahimdir mənim,
Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,
Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!