Təxmis 5 Candadır sübhi-əzəldən mehri-rüxsarın sənin
| Candadır sübhi-əzəldən mehri-rüxsarın sənin Tərcibəndlər, tərkibəndlər, müxəmməs, təxmis və mürəbbelər (Füzulinin Azərbaycanca Divanı) (2024) Müəllif: Məhəmməd Füzuli Tərcüməçilər: Həmid Araslı |
Candadır sübhi-əzəldən mehri-rüxsarın sənin,
Nola ta şami-əbəd olsam tələbkarın sənin,
İmdi cana bulmamış min aşiqi-zarın sənin.
“Ey əzəldən ta əbəd könlüm giriftarın sənin,
Çarə qıl kim, buldu canım əsrü qəmxarın sənin!
Tutdular təşxisi-dərd içün müaliclər rəgim,
Tapdı bu sihhət ki, sihhətdən yəqindir ölməgim,
Çün yəqin oldu dəvasız dərdilən can verməgim,
“Can verir çağında, Tanrıçün, qaşımğa gəl, bəgim,
Bari görmüş bulğa min bir ləhzə didarın sənin.”
Xublarını imtəhan qılmaqda çox çəkdim cəfa,
Naleyi-zarilə bildim, dərdi-dil bulmaz şəfa.
Mən sınadım, şimdi sən pəndim eşit, qıl iktifa,
“Çünki xublar məzhəbində yox imiş rəsmi-vəfa,
Ey könül, nə yerə yetgay naleyi-zarın sənin?”
Könlüm aldı ol iki əyyari-çeşmi-pürxumar,
Şimdi can qəsdin həm etmişlər nə məkrilən ki, var,
Ürf içində olsa hər əyyar qövli üstüvar,
“Şər’ilən gər tutsalar əsrük sözinə e’tibar,
Qanıma vergay danuqluq iki əyyarın sənin.”
Sanma cövr etsən Füzuli incinib tərkin qılə,
Gər cəfa qıl, gər vəfa canim fəda sən qatilə,
Mən xud öldüm, imdi sən tiği-cəfa alıb ələ,
“Lütfini öldürsən, ey dilbər, cəfa tiği bilə,
Anda həm bolğay mənim ruhim mədədkarın sənin.”