Təxmis 6 Necə bir vəsvəseyi-əql ilə qəmnak olalım
| Necə bir vəsvəseyi-əql ilə qəmnak olalım Tərcibəndlər, tərkibəndlər, müxəmməs, təxmis və mürəbbelər (Füzulinin Azərbaycanca Divanı) (2024) Müəllif: Məhəmməd Füzuli Tərcüməçilər: Həmid Araslı |
Necə bir vəsvəseyi-əql ilə qəmnak olalım,
Gəlin alayişi-qəmdən çıxalım, pak olalım,
Nəş’eyi-mey tapalım, qabili-idrak olalım.
Məstü mədhuşü xərabatiyü bibak olalım.
Rindlər bəzminə sərməst səbutək giribən,
Zövq bağinə girib, cam gülüni dəribən,
Meyə derlərsə bəha əql mətain, veribən,
Məstü mədhuşü xərabatiyü bibak olalım.
Paybəsti-meyi-safi olalım dürdmisal,
Verəlim saqiyə can, eyləyəlim kəsbi-həlal.
Nəş’ədən bilməyəlim aləmi-keyfiyyəti-hal,
Məstü mədhuşü xərabatiyü bibak olalım.
Mey hübabı kimi meyxanədə bir ev tutuban,
İqdi-əngur kimi bir araya baş çatuban,
Alsalar, din ilə dünyayi şərabə satuban,
Məstü mədhuşü xərabatiyü bibak olalım.
Badədən qeyr ki, qəm dəf’inə bir cam yetər,
Hər nəyi dəhr nəyə kim verəcək olsa, itər,
Ey Füzuli, rəvişi-əhli-riyadən nə bitər,
Məstü mədhuşü xərabatiyü bibak olalım.