Tapılmadı

Vikimənbə saytından
Tapılmadı
Müəllif: Çorlu Məhəmməd
Mənbə: Qəşəm Vəliyev (2012). Çıldırlı Aşıq Şenlik (az). Azərnəşr. achiqkitab.az. Yoxlanılıb 2017-02-14.

Müxənnət fürsəti aldı əlinə,
Qanıb anlayanda yer tapılmadı,
Köylər viran oldu, ocaqlar sönük,
Meydanda görünən ər tapılmadı.
 
Urusun gəlişi dərd verdi bizə,
Dişini qıcadı hər namərd bizə,
Loğman bulunmadı bu dərdimizə,
Elini düşünən sər tapılmadı.
 
Fələk bəla verdi Şura adıynan,
Qocalar, qarılar nalə dadıynan,
Yandırdı türkləri qənim oduynan,
Qatır, eşşək artdı, nər tapılmadı.
 
Dolandı, hərləndi betər zamana,
Var-dövləti aldı verdi yamana.
Erməni kef çəkib gəldi imana,
Bu necə iş idi sirr tapılmadı.
 
Nə yaxşı gözlərin kordu Məhəmməd,
Bu yaşamaq deyil, gordu Məhəmməd,
Bu nə müsibətdi gördü Məhəmməd,
Qərəldı qol-qanad, pər tapılmadı.