Məzmuna keç

Tutdu qəm ləşkəri yüz könlümə hamun-hamun

Vikimənbə saytından
Tutdu qəm ləşkəri yüz könlümə hamun-hamun
Müəllif: Səfiqulu bəy
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.


Tutdu qəm ləşkəri yüz könlümə hamun-hamun,
Qara baydaqlı ələmlər, ucu gülgun-gülgun.

Cigərimden genə od parladı duzəx-duzəx,
Ürəyimdən genə qan qaynadı Ceyhun-Ceyhun.

Çağınrdım uca avaz ilə: - Leyla, Leyla!
Dağ səs verdi cavabımda ki, Məcnun, Məcnun!

Yığmışam hasili-qəm yanıma xirmen-xirmən,
Yetə bilməz menim imkanıma Qarun, Qarun.

Bu nə virane könüldür, Səfi, ey vay, ey vay!
Sərvler var belə bu bağdə mövzun-mövzun.