Məzmuna keç

Tutma, ey sahib-nəzər, məndən nəzər, divaniyəm!

Vikimənbə saytından
(Tutma, ЕY sahib-nəzər, məndən nəzər, divaniyəm! səhifəsindən istiqamətləndirilmişdir)
Tutma, ey sahib-nəzər, məndən nəzər, divaniyəm!
Müəllif: Molla Vəli Vidadi
Mənbə: Molla Vəli Vidadi. "Əsərləri" (az.). Bakı: Öndər. 2004. səh. 58. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url)

Tutma, ey sahib-nəzər, məndən nəzər, divaniyəm,
Bu təhəyyürdən tutulmuş könlümün heyraniyəm.

Gər görürsən əqlü tədbirü fərasətdən cüda,
Bihünər sanma əbəs kim, eşqlə mərdaniyəm.

Canı canandan diriğ etmən, dili dildardən,
Navəki-qəmzə sevən, əbru kəman qurbaniyəm.

Məsti-cami-Cəm olub şürbi degilsən gərçi mən,
Tacü təxti-fərq ilən qəm mülkünün xaqaniyəm.

İzzü cah ilə mənim qeyr ilə yох davam vəli,
Mən Vidadi xəstəyəm, öz şəhrimin sultaniyəm.