Məzmuna keç

Urma ol həlqeyi-geysuyə, pəri, şanə bu gün

Vikimənbə saytından
Urma ol həlqeyi-geysuyə, pəri, şanə bu gün
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Urma ol həlqeyi-geysuyə, pəri, şanə bu gün,

Ki, salır könlümü ol şanə pərişana bu gün.


Bağladım könlümü ol zülfı-pərişanə bu gün,

Düşdü zəncirə əcəb yerdə bu divanə bu gün.


Qorxuram, dəstinə almış o pəri şanə bu gün,

Salacaqdır dili-biçarəni bir qanə bu gün.


Arizindən götür ol zülfüni bir yanə bu gün,

Görə ta zahidi-kafər, gələ imanə bu gün.


Müjəvü qəmzəvü göz qəsd eləyib canə bu gün,

Cana minnətdir əgər oxlana mərdanə bu gün.


Eylədi ləşkəri-qəm könlümü viranə bu gün.

Deyin imdad eləsin ol şəhi-xubanə bu gün.


Mən kimi cür’əti varmı yana pərvanə bu gün,

Yanıram atəşi-hicranına, Pərvanə, bu gün.


Tökmə rüxsarına zülfü, çək onu yanə bu gün,

Qorxuram ki, olar odlarə düşə, yanə bu gün.


Sölədi, Məxfi, mənə mürşidi-meyxanə bu gün,

Fürsəti fövt eləmə, iç neçə peymanə bu gün.