Vəfa
Görünüş
| Vəfa Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov |
| Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Ey naz yatağında səhər yuxusunda olan,
Yüz ah ki, yuxusuzluğumdan xəbərsizsən.
Canü cahan yandıran nalələrim var mənim,
Lakin daş qəlbinə bu nalələrin təsiri yoxdur.
Mənim ki, belə gündüzüm, belə gecəm var,
Kaş başqa gün, başqa bir axşam olaydı.
Xoş o günümə ki, bu tordan qurtarıb,
Sənin kuyinə yetmək ümidilə qol-qanad açam.
Bu gecə pərvanənin qanı boynunda olan şam da,
Sübhədək yanıb, yox olacaqdır.
Azadlıq yolundakı şəhidlərin hörməti vardır,
Türbətləri vanından ötərkən ədəbli ol.
Vəfa, hər iki dünyanın neməti əziz olsa belə,
Himmət ondadır ki, hər iki dünyadan əl çəkəsən.