Vəslin bana həyat verir, firqətin məmat
Görünüş
Vəslin bana həyat verir, firqətin məmat,
Subhanə xaliqi xələqəl-movtə vəl-həyat.[1].
Hicranına təhəmmül edən vəslini bulur,
Tuba limən yusaiduhus-səbru vəs-səbat.[2].
Mehrindir iqtinai-məqasid vəsiləsi,
Ma şaə mən əradə, bihil-fovzu vən-nəcat.[3].
Tökmüş riyazi-təb’imə barani-şövqini,
Mən ənzələl-miyahə və əhya bihin-nəbat.[4].
Həq afərinişə səbəb etdi vücudini,
Əvcəbtə biz-zuhuri zuhurəl-mukəvvənat.[5].
İyzəd səriri-hüsnə səni qıldı padişah,
Vəh əla kəmalə zatikə fi əhsənis-sifat.[6].
Qıldın ədayi-nə’t, Füzuli, təmam qıl,
Kəmmilhu bis-səlami və təmmimhu bis-səlat.[7].
- ↑ Tərcüməsi: Pak və müqəddəsdir o yaradan ki, diriliyi və ölümü yaratmışdır.
- ↑ Tərcüməsi: O adam xoşbəxtdir ki, mətanət və səbr ona kömək edir.
- ↑ Tərcüməsi: Nə istərsə, kimi nəzərdə tutarsa, nəcat və müvəffəqiyyət onun vasitəsilədir.
- ↑ Tərcüməsi: Yağışı yağdırıb, bitkiləri dirildən.
- ↑ Tərcüməsi: Zühurunla varlığın zühuruna səbəb oldun.
- ↑ Tərcüməsi: Zatının kəmalını gözəl sifətlərlə yüksəltdi.
- ↑ Tərcüməsi: Salam ilə onu tamamla, dua ilə bitir.