Vikimənbə:Bloklama qaydaları

Vikimənbə saytından
(VM:BQ səhifəsindən istiqamətləndirilmişdir)
Jump to navigation Jump to search

Bloklama qaydaları - bütün Vikimənbə istifadəçilərinin bilməli olduqları əsas qaydalardandır.

Bloklama – idarəçilər və bürokratlar tərəfindən hər hansısa bir VikiMənbə mətninin redaktəsinə və ya istifadəçinin fəaliyyətinə qoyulan qadağadır.

İstifadəçinin bloklanması[redaktə]

İstifadəçinin bloklanması dedikdə istifadəçinin qeydiyyat yazısının, İP ünvanının və ya İP ünvanlar diapazonunun texniki bloklanması nəzərdə tutulur. İP ünvanlar diapazonunun texniki bloklanması digər istifadəçilərin də işinə mane olarsa, o zaman bloklanma ləğv edilir, lakin redaktə qadağası qüvvədə qalır.

İstifadəçini bloklayan idarəçinin məqsədi ilk növbədə vandalizmin və Vikimənbəyə vurulacaq hər-hansı ziyanın qarşısını almaqdır. Nəzərə almaq lazımdır ki, bloklanma qisas yox, xəbərdarlıq və qoruyucu vasitədir. İstifadəçinin bloklanması VikiMənbənin və VikiMənbə cəmiyyətinin normal fəaliyyət göstərməsinə qarşı yönəlmiş hərəkətin qarşısını almaqdır. Bloklanma müddəti müxtəlif ola bilər: 15 dəqiqə və ya bir neçə ay. Bəzən VikiMənbəni qorumaq üçün istifadəçini müddətsiz bloklamq lazım gəlir.

İstənilən istifadəçi digər istifadəçinin davranışında VikiMənbə qaydalarına zidd hallar gördükdə, bu barədə idarəçiləri xəbərdar etməlidir. Bunun üçün o, "Kənd Meydanı", "İdarəçilərə müraciət" və ya "VikiMənbə: Xəbərləşmə" səhifələrində idarəçilərə müraciət edə bilər. Haqqında şikayət olunmuş istifadəçinin bloklanması haqqında qərarı idarəçilər verirlər.

Bəzən istifadəçinin bloklanması məsələsi idarəçilər arasında mübahisəyə səbəb olur.

Bloklanma səbəbləri[redaktə]

  1. İstifadəçinin bir neçə qeydiyyat yazısının (kuklaların) olduğu aşkarlanarsa;
  2. İstifadəçi Vikimənbədə əsasən vandalizmlə məşğul olarsa;
  3. İstifadəçi digər istifadəçilərə qarşı kobud davranıb onları təhqir və təhdid edərsə;
  4. İstifadəçi digər istifadəçini məhkəmə və ya digər fiziki şəxs ilə hədələyərsə;
  5. İstifadəçi saxtakarlıqla məşğul olaraq, VikiMənbənin normal işini pozarsa.

Bloklama müddəti idarəçi tərəfindən sərbəst olaraq təyin edilir.

Vikimənbədə təqib[redaktə]

İstifadəçi öz hərəkətləri ilə digər VikiMənbə istifadəçisinə və ya istifadəçilər qrupuna, onlara dövlət, hüquq, məhkəmə orqanları və ya fiziki şəxslər tərəfindən siyasi, dini və ya digər təqiblərə məruz qoymaqla ziyan vermişdirsə, o zaman həmin istifadəçi xəbərdarlıq edilmədən, müddətsiz olaraq VikiMənbədən bloklanır.

Vikimənbədə saxtakarlıq[redaktə]

Vikimənbədə saxtakarlıq qəbul olunmur və saxtakarlıq etmiş istifadəçi, saxtakarlığı sübut olunarsa tez bir zamanda bloklanır.

Müəllif hüquqlarının pozulması və plaqiat[redaktə]

Vikimənbəyə müəllif hüquqları qorunan informasiyaların, müəllifin icazəsi olmadan və ya mənbə göstətilmədən daxil edilməsi qadağandır. Belə ki, müəllif hüquqlarının pozulması və plaqiat gələcəkdə VikiMənbəyə qarşı müxtəlif hüquqi problemlərin yaranmasına səbəb ola bilər ki, bu da VikiMənbənin adına xələl gətirə bilər. Əgər hər-hansı mətndə müəllif hüquqları baximindan mübahisə yarnmışdırsa, ilk addım həmin mətnin məqalədən çıxarılması olmalıdır. Müəllif hüquqlarının pozulmasını aşkar etmiş istənilən istifadəçi, həmin mətni silmək ixtiyarına malikdir. Xəbərdarlıqlara baxmayaraq, müəllif hüquqlarını pozaraq mətnlərin VikiMənbədə yerləşdirilməsi ilə məşğul olan istifadəçilər, layihənin mühafizə edilməsi məqsədi ilə bloklana bilərlər. “fair-use” lisenziyası ilə şəkillərin şəxsi səhifələrə qoyulması qadağandır. Buna aşkar etmiş idarəçi, şəkli özü silə bilər və ya bu haqqda istifadəçiyə, onun müzakirə səhifəsində xəbərdarlıq etmək hüququna malikdir. Əgər xəbərdarlıqlardan sonra da, istifadəçi “fair-use” lisenziyası ilə şəkillərdən istifadəyə davam edərsə, bu zaman o, bloklana bilər. Digər tərəfdən, idarəçi şəkli istifadəçi səhifəsindən silərək, səhifəni müəyyən müddətə redaktələrdən mühafizə edə bilər.

İstifadəçilərin adları[redaktə]

Vikimənbədə qeydiyyatdan keçərkən istifadəşi özünə provokasiya məqsədilə, təhqiredici və ya ədəbsiz ad seçmişdirsə, o zaman o, idarəçi tərəfindən bloklana bilər. Həmin istifadəçilərin şəxsi və müzakirə səhifələrinə xəbərdarlıq şablonu qoyulur. Yeni istifadəçilərin adları, artıq VikiMənbədə fəaliyyət göstərən istifadəçilərin adlarına çox bənzədikdə də qeydiyyat yazıları idarəçilər tərəfindən bloklanmaya məruz qalırlar.

Ümumi qeydiyyat yazıları[redaktə]

Ümumi qeydiyyat yazılarına («public accounts») VikiMənbədə icazə verilmir. Onlar aşkara çıxarılan kimi, dərhal və müddətsiz bloklanırlar. Ümumi qeydiyyat yazısı dedikdə eyni adın bir-neçə nəfər tərəfindən istifadəsi nəzərdə tutulur. Ümumi qeydiyyat yazılarına VikiMənbədə ehtiyac yoxdur. Belə ki, qeydiyyatdan keçməyən anonim istifadəçilər də məqalələrin redaktəsində iştirak edə bilərlər. Digər tərəfdən VikiMənbədə qeydiyyatdan keçmək çox asandır və istifdəçi qeydiyyat zamanı göstərdiyi elektron ünvanını (e-mail) gizlədə bilər.

Əgər hər-hansı məqsədlə istifadəçi öz qeydiyyat adını və parolunu İnternetdə aşkar etmişdirsə və bu məlum olmuşdursa, idarəçinin həmin qeydiyyat qazısını bloklamaq ixtiyarı vardır.

Həmçinin bax[redaktə]