Vikimənbə:Etiket

Vikimənbə saytından
(VM:ED səhifəsindən istiqamətləndirilmişdir)


VikiMənbə etiketi — bir istifadəçinin digər istifadəçilərlə necə davranmalı olduğu barədə qaydalardır. VikiMənbə rəngarəng auditoriyaya malikdir və hər cür baxış və mövqelərə malik istifadəçilərlə zəngindir. Ona görə də istifadəçilərin bir-biri ilə davranışı bu harmoniyanı qoruyub saxlamağın ən başlıca üsuludur.

Ümumi etiket qaydaları[redaktə]

  • İlk öncə xoş niyyətli olmaq lazımdır. Yəni sizin VikiMənbədə məqsədiniz maddi gəlir əldə etmək, kimisə reklam etmək və ya digər şəxsi məqsədlər deyil, məhz VikiMənbəni zənginləşdirmək olmalıdır.
  • Klassik qızıl qaydanı yaddan çıxarmaq olmaz: "Özünə rəva bilmədiyini başqasına rəva bilmə!"
  • Nəzakətli olmaq əsl vikimənbəçinin keyfiyyət nişanıdır. Bunu yaddan çıxarmayın! Yaddan çıxarmayın ki, yazılı ünsiyyətdə sәrhәdi keçmək şifahi ünsiyyətdəkinə nisbətən xeyli asandır.
  • Bütün danışıqlarınızı imzalamağı unutmayın. Sözlərinizin arxasında durun (hərfi mənada :)).
  • Konsensusa doğru fəaliyyət göstərin, destruktiv olmayın.
  • Diqqәtinizi şəxslərə deyil, məzmuna yönəldin.
  • Sualları qulaq ardına vurmayın, kar-kor oyunu oynamayın, müraciətləri cavabsız qoymayın.
  • Yanlışlarınızı etiraf etməyi bacarın, səhvlərinizi qəbul edin! Üzr istəməyə heç zaman çəkinməyin.
  • Öz qüsurlarınızı nəzarətdə saxlayın! Qərəzinizi və qəzəbinizi cilovlayın!
  • Bağışlayın və unudun!
  • Tərifləməkdən usanmayın. Uğurlu istifadəçilərə daim öz təşəkkürünüzü çatdırın. Mükafatlar və ulduzlar verməkdən çәkinmәyin!
  • Mübahisələri başlayan heç vaxt siz olmayın və başlamasına da imkan yaratmayın. Barışıqlara və vasitəçiliklərə əl atın. Başqalarının mübahisələrində vasitəçi olun.
  • "Çıxın gedin!" Əgər mübahisənin nəticəsi sizi qane etmirsə və bir şey dəyişə bilmirsinizsə başqa məqalələrin redaktəsi ilə məşğul olun, mübahisəli məqalələri tərk edin. Hirsiniz soyuyanda və arqumentləriniz doğru olanda geri dönərsiniz.
  • Yaddan çıxarmayın ki, VikiMənbə nə deyil!
  • Geri çevirmələrdən uzaq olun və üç dəfə geri çevirmə qaydasına bağlı qalın. Redaktə savaşlarından kənarda qalın.
  • İnsanlara şəxsi hücumlar, əsassız ittihamlar etməyin, təhqirə keçməyin, qisas almayın, istifadəçiləri damğalamayın (faşist, irqçi və s.), onları kiçiltmәyin, ələ salmayın.
  • Xoşlamadığınız istifadəçini izləyərək onun redaktələrinə və fəaliyyətlərinə yerli-yersiz "qulp qoymayın", insanlara narahatçılıq törətməyin.
  • VikiMənbədə bitərəf nəzər nöqtəsinə sahib olun.
  • Məqalə üzərində iş gedən zaman istifadəçinin fəaliyyətinə müdaxilə etməyin. Bir-neçə saat gözləmə mövqeyində durun.

Mətnlərin redaktəsində[redaktə]

VikiMənbədə hər bir istifadəçi yaşından, irqindən, təhsilindən, cinsindən asılı olmayaraq istənilən məqaləni redaktə etmək hüququna malikdir. Lakin redaktələr etik qaydalara uyğun, mənbələrə əsaslanan və ya məntiqə uyğun aparılmalıdır. Məqalədə edilmiş redaktə kimə isə lazımsız və ya səhv görünürsə, həmin redaktəni geri qaytara bilər. Redaktəsinin ləğv edilməsinə qarşı birinci istifadəçi iradını bildirmək hüququna malikdir. Redaktələrlə bağlı müzakirə məqalənin müzakirə səhifəsində aparılmalıdır. Redaktələrlə əlaqədar müzakirələrin başlanması redaktə müharibəsinin qarşısını almaqla etik hərəkət hesab olunur.

  • Müzakirələrdə əks tərəfin yazdıqlarını diqqətlə oxumaq vacibdir. Qarşı tərəfin müzakirəsini tam oxumadan müzakirənin davam etdirilməsi etik deyil.
  • Müzakirə zamanı və ya konsensus əldə edilmədikdə məqaləyə mətləbə uyğun məqalə şablonları daxil edilir.

Bu şablonların yerli-yersiz, müzakirə aparmadan, səbəbi göstərilmədən, heç bir aidiyyatı olmadan məqalələrə daxil edilməsi və ya məqaləyə daxil edilmiş xüsusi şablonların qarşı tərəfi qane edə bələcək qeydlər yazmadan silinməsi etik sayılmır.

Yalnız mübahisə həll olunandan və ümumi razılığa gəlinəndən sonra məqalənin redaktə edilməsi etik sayılır. Belə hallarda çox zaman hər iki tərəfi qane edən kompromis variant seçilməlidir.

Hər bir vikipediyaçı məqaləni yalnız Vikipediya qaydaları çərçivəsində redaktə edə bilər. Kimi isə "sizin məqalənizi korlamaqda" ittiham etməyin. Vikipediyada "şəxsi məqalələrə" yol verilmir. Bütün məqalələr kollektiv redaktələr hesabına təkmilləşir. Kiminsə redaktəsi başqalarından çoxdursa, bu o demək deyil ki, məqalənin sahibi odur.

Şəxsi müraciət: "Sən" və ya "Siz"?[redaktə]

VikiMənbədə istifadəçilər bir-birlərinə "sən" və ya "siz" deyə müraciət edə bilərlər. Hər iki müraciət tərzi vikimənbəçilərin öz istəyi və qarşı tərəfin razılığı ilə qəbul olunur. "Sən" müraciət forması heç də hörmətsizlik kimi qəbul olunmamalıdır. Lakin əgər istifadəçi ona müraciət zamanı hər zaman "Siz" terminini uyğun sayırsa bu barədə öz istifadəçi səhifəsində yazmalıdır.

Əgər kiminləsə müzakirə aparmağa başlamısızsa, əvvəlcə onun istifadəçi səhifəsi ilə tanış olun, müzakirə səhifəsini gözdən keçirin. Bu səhifələrdən əldə etdiyiniz informasiya qarşı tərəf haqqında ümumi bilik əldə etməyə kömək edərək, sizi qeyri-etik görünə biləcək yazılarınızdan çəkindirə bilər.

Həmçinin bax[redaktə]