Vikimənbə:Etik qaydalar

Vikimənbə saytından
(VM:EQ səhifəsindən istiqamətləndirilmişdir)
Jump to navigation Jump to search
Qısayol:
VM:EQ


Etik qaydalarda — bir istifadəçinin digər istifadəçilərlə necə davranmalı olduğu barədə qaydalardır. Vikipediya və onun layihələri rəngarəng auditoriyaya malikdir və hər cür baxış və mövqelərə malik istifadəçilərlə zəngindir. Ona görə də istifadəçilərin bir-biri ilə davranışı bu harmoniyanı qoruyub saxlamağın ən başlıca üsuludur.

İstifadəçi necə olmalıdır[redaktə]

  • İlk öncə xoş niyyətli olmaq lazımdır. Yəni sizin VikiMənbədə məqsədiniz maddi gəlir əldə etmək, kimisə reklam etmək və ya digər şəxsi məqsədlər deyil, məhz bu layihəni zənginləşdirmək olmalıdır.
  • Klassik qızıl qaydanı yaddan çıxarmaq olmaz: özünüzə layiq bilmədiyinizi başqasına da etməyin!
  • Nəzakətli olmaq əsl vikimənbəçinin keyfiyyət nişanıdır. Bunu yaddan çıxarmayın! Yaddan çıxarmayın ki, yazılı ünsiyyətdə sәrhәdi keçmək şifahi ünsiyyətdəkinə nisbətən xeyli asandır.
  • Bütün danışıqlarınızı imzalamağı unutmayın. Sözlərinizin arxasında durun (hərfi mənada :)).
  • Konsensusa doğru fəaliyyət göstərin, destruktiv olmayın.
  • Diqqәtinizi şəxslərə deyil, məzmuna yönəldin.
  • Sualları qulaq ardına vurmayın, kar-kor oyunu oynamayın, müraciətləri cavabsız qoymayın.
  • Yanlışlarınızı etiraf etməyi bacarın, səhvlərinizi qəbul edin! Üzr istəməyə heç zaman çəkinməyin.
  • Öz qüsurlarınızı nəzarətdə saxlayın! Qərəzinizi və qəzəbinizi cilovlayın!
  • Bağışlayın və unudun!
  • Tərifləməkdən usanmayın. Uğurlu istifadəçilərə daim öz təşəkkürünüzü çatdırın. Mükafatlar və ulduzlar verməkdən çәkinmәyin!
  • Mübahisələri başlayan heç vaxt siz olmayın və başlamasına da imkan yaratmayın. Barışıqlara və vasitəçiliklərə əl atın. Başqalarının mübahisələrində vasitəçi olun.
  • Əgər mübahisənin nəticəsi sizi qane etmirsə və bir şey dəyişə bilmirsinizsə başqa məqalələrin redaktəsi ilə məşğul olun, mübahisəli məqalələri tərk edin. Hirsiniz soyuyanda və arqumentləriniz doğru olanda geri dönərsiniz.
  • Geri çevirmələrdən uzaq olun və üç dəfə geri çevirmə qaydasına bağlı qalın. Redaktə savaşlarından kənarda qalın.
  • İnsanlara şəxsi hücumlar etməyin, təhqirə keçməyin, qisas almayın, istifadəçiləri damğalamayın (faşist, irqçi və s.), onları kiçiltmәyin, ələ salmayın.
  • Xoşlamadığınız istifadəçini izləyərək onun redaktələrinə və fəaliyyətlərinə yerli-yersiz “qulp qoymayın”, insanlara narahatçılıq törətməyin.
  • Bitərəf nəzər nöqtəsinə sahib olun.