Vikimənbə:Səsvermə

Vikimənbə saytından
(VM:SV səhifəsindən istiqamətləndirilmişdir)
Jump to navigation Jump to search
Green check.png Bu səhifə Vikimənbənin rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu, bütün Vikimənbəçilər tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə, bu dəyişikliklərin Vikimənbəçilər tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin.


Qısayol:
VM:SV


Prinsipə səsvermə ilə qəbul edilmişdir.

  • Səsvermə müddəti: 24 aprel 2016 — 7 may 2016
  • Qüvvədədir: 7 avqust 2011-ci il tarixdən.

24 aprel - 7 may tarixlərində keçirilmiş səsverməyə görə əlavə və dəyişikliklər edilmişdir.

Bu səhifədə Azərbaycanca Vikimənbədə (bundan sonra Vikimənbə) keçirilən səsvermələr, onların başlanılması, səslərin hesablanması haqqında ətraflı məlumat ala bilərsiniz.

Ümumi məlumat[redaktə]

Səsvermələr Vikimənbənin bir hissəsidir. Lazım olmayanda səsvermə keçirmək tövsiyə edilmir. Səsvermə başladılmazdan əvvəl onun müzakirəyə çıxarılması tövsiyə olunur. Vikimənbə prisiplərinin səsverməsi başlamazdan əvvəl mütləq müzakirə olunmalıdır. Aşağıdakı hallarda mütləq səsvermə keçirilməlidir:

  • Vikimənbə prinsiplərinin qəbul olunması və ya prinsiplərdə dəyişiklik edilməsi üçün;
  • İstifadəçilərin yeni status (məsələn, idarəçi, bürokrat) əldə edə bilməsi üçün.

Səsvermə başlatmaq[redaktə]

Səsvermə hüququ olan istənilən istifadəçi səsvermə başlada bilər. Vikimənbə prinsipləri ilə bağlı səsvermə başlatmaq üçün Vikimənbə:Səsvermə/XXXXX səhifəsi yaratmaq lazımdır. Səsvermə keçirilən zaman səsvermənin nə səbəbə keçirildiyi səsvermə səhifəsində qeyd olunmalıdır.

Səsvermə müddəti[redaktə]

Vikimənbədə keçirilən səsvermələrin müddəti səsvermə keçirilən səhifədə mütləq qeyd olunmalıdır. Prinsiplərlə bağlı səsvermələrin keçirilməsi bir həftə davam edir. Digər məsələlər üzrə səsvermə müddəti həmin prinsipdə göstərilməlidir, göstərilən müddət bir həftə, iki həftə və ya bir ay olmalıdır.

İstifadəçilərin səsvermə hüquqları[redaktə]

Vikimənbədə səsvermələrdə ancaq qeydiyyatdan keçmiş istifadəçilər iştirak edə bilər. İstifadəçinin səsvermə hüququnun olması üçün onun Vikimənbədə ən azı 100 redaktəsi olmalıdır və son altı ay ərzində ən azı 1 redaktə etmiş olmalıdır. Səsvermə hüququ olan istifadəçilər Vikimənbədə keçirilən bütün səsvermələrdə iştirak edə bilər.

Səsvermənin nəticələrinin hesablanması[redaktə]

Vikimənbədə prinsiplərlə bağlı səsvermənin baş tutması üçün ən azı 5 etibarlı səs olmalıdır. Səsvermənin sonunda 50%+1 miqdarında lehinə səs olduğu halda, prinsip qəbul olunmuş sayılır. Digər səsvermələrlə bağlı bu şərtlər həmin prinsiplə bağlı səhifədə qeyd olunmalıdır, lakin həmin şərtlər burada qeyd olunmuş şərtlərdən yüngül olmamalıdır. Səsvermənin nəticəsinin hesablanmasında yalnız etibarlı səslər nəzərə alınır.