Məzmuna keç

Çıxar

Vikimənbə saytından
(Vaqifin xristian qızının tərifinə dair müxəmməsi səhifəsindən istiqamətləndirilmişdir)
Təzkireyi-Nəvvab
Müəllif: Mir Möhsün NəvvabMüəllif: Molla Pənah Vaqif
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Naz ilə ta ol büti-tərsa kəlisadən çıxar,

Sərxoşü xəndan bipərva kəlisadən çıxar,

Şahdır, guya geyib diba, kəlisadən çıxar,

Açıban təl’ət günəşasa kəlisadən çıxar,

Şölə salmış aləmə ta kim, kəlisadən çıxar.


Ləhzə-ləhzə eylədikçə mahruxsarı zühur,

Ləm’ə-ləm’ə ziri-bürqdən düşər dünyayə nur,

Ani bir kərrə görən dindən olur, əlbəttə, dur,

Necə kim, cənnət sarayından çıxar qilmanü hur,

0 şəkil bu düxtəri-tərsa kəbsadən çıxar.


Şanəvəş seyqəl verib zülfı-bənəfşə nisbətə,

Pərdə mütləq tutmuyub simavü sədrü surətə,

Qıl tamaşa gərdənə, seyr elə qəddü qamətə,

Qaşü göz, qəmzə, məazallah, dönübdür afətə,

Etməyə din mülkünü yəğma kəbsadən çıxar.


Gül kimi nərmilə nazik pirəhəııdə ağ bədən,

Bilmənəm ya şölədir, ya xərməni-bərqi-səmən.

Dişləri qəltan sədəf, çün ağzıdır lə’li-Yəmən,

Ağ qabağda bir gəz anın taği-əbrusin görən,

Meyli-məscid eyləməz haşa, kəbsadən çıxar.


Vaqifəm, ta ki, sataşdı gözüm onun qaşına,

İstədi mehrabü minbərdən xəyalım daşma,

Şimdi bildim ki, nə gəlmiş Şeyx Sən’an başına,

Ya budur ki, Tiflisi ğərq eylərəm göz yaşma,

Ol sənəm vəsli mənimçün, ya kəbsadən çıxar.